Kaydol
Giriş
Qara Dərviş - Yorğun
170
3.52 MB
0.0/5
Şarkı sözleri...

Qara DərvişYorğun

uzaqdan ölümün səsi gəlir
mənsə, ona tərəf qaçmaqda
ulduzlar, ay qaranlıq saçır
mən elə hey yalan danışmaqda tapdanmış bütün müqəddəslər
Ədalət ölümü sevən yazarda
dinmədi, bitməz bu həsrət
od tutub yanacaq məzarda yorğunam durğunluğumdan
kar oldum yalnızlığımdan
lal oldum susqunluğumdan
doymuşam haqsızlığımdan çirkin vücudunda yuyundum sədaqətimdən
iyrənc yalanlarla dolu saxta təbəssümünlә
yalanlar da belә iyrənib bəraətindən
pak olmuş bütün çirkablar təkəbbürünlə yorğun körpənin dinmək bilməyən göz yaşlarıyam
cəsədsiz qanlı kəfənəm, simasız baş daşıyam
allah küsmüş dirilərə, bezmiş ey fani insan
mən qibləgahsız, peyğəmbərlərin qarğışıyam çirkin vücudunda yuyundum sədaqətimdən
yalanlar da belә iyrənib bəraətindən
yorğun körpənin dinmək bilməyən göz yaşlarıyam
mən saxta müqəddəslər tanrısıyam illər sonra gözlərim gözünə baxıb, güləndə
qəlbinin içində gizli-gizli sızlayacaqsan
onda yenidən qayıdıb bir də ötən günlərə
mənsiz həyatına bil ki, ağlayacaqsan
Yorumlar...
Henüz kimse yorumlamamış.
Son oylayanlar
Henüz kimse oy vermemiş
Yukarı